Arda Gülerle bağlı YENİLİK - İspaniyanı tərk edəcək

17:19 - 22 Yanvar 2026

Arda Gülerle bağlı YENİLİK - İspaniyanı tərk edəcək

"Real Madrid"in başına keçməsi gözlənilən Jürgen Kloppun Arda Güleri vəzifəyə gəldiyi təqdirdə komandadan atacağı ilə bağlı iddialar yayılıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, "Real Madrid"də baş məşqçilik vəzifəsində mövsümün sonunda böyük bir dəyişikliyin olacağı iddiaları gündəmi sarsarkən Arda Gülerlə bağlı ortaya atılan ssenari İspan mətbuatında gündəm xəbərlərinə çevrilib.

Məlumatlara görə, Xabi Alonsonun ayrılmasından sonra baş məşqçi təyin edilən Álvaro Arbeloa ilə mövsüm sonunda yollar ayrılacaq. Klub rəhbərliyinin komandayı Jürgen Kloppa tapşırmağı planlaşdırdığı irəli sürülüb. Bu iddia hələlik rəsmi hala gəlməsə də, alman məşqçinin heyət planlaması ilə bağlı detallar müzakirə doğurub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az