"Qalatasaray"ın dünyaca məşhur hücumçusu Viktor Osimhen yay transfer dövrü üçün Avropanın böyük klublarının gündəmindədir.
Manset.az-ın Türkiyə mediasına istinadən əldə etdiyi məlumatına görə, "La Liqa" nəhəngi "Atletiko Madrid" gələn yay transfer dövründə Osimheni ən önəmli hədəflərindən biri olaraq müəyyən edib.
Hətta İspaniya mətbuatında nigeriyalı ulduz üçün "yaz transfer dövrünün arzusu" ifadəsi istifadə edilib.