"Sabah" "Qəbələ"ni məğlub etdi

19:14 - 16 Fevral 2026

\"Sabah\" \"Qəbələ\"ni məğlub etdi

Misli Premyer Liqasının XX turunda lider "Sabah" səfərdə "Qəbələ"ni məğlub edib.


Manset.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən turun son oyununda qonaqlar 1:0 hesablı qələbə qazanıblar.

"Bayquşlar"ın heyətində 54-cü dəqiqədə Xəyal Əliyev fərqlənib.

Bakı klubu 49 xalla turnir cədvəlində vahid liderdir. 14 xalı olan "Qəbələ" isə 10-cu sırada qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Qarabağ" "İmişli"ni, "Zirə" "Karvan-Yevlax"ı, "Araz-Naxçıvan" "Sumqayıt"ı 1:0, "Neftçi" "Kəpəz"i 3:1 hesabı ilə məğlub edib. "Şamaxı" - "Turan Tovuz" matçında isə qapılara qol vurulmayıb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az