“Tottenhem”in sabiq baş məşqçisi Ange Postekoqlu “Nottinqem Forest”dəki qısamüddətli fəaliyyəti ilə bağlı peşmançılığını dilə gətirib.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, ötən yay London klubundan ayrılan mütəxəssis cəmi 39 gündən sonra istefaya göndərilib. O, oktyabrda isə “Nottinqem Forest”i çalışdırmağa başlayıb. Təcrübəli məşqçi mövsümün qızğın vaxtında yeni işə bu qədər tez başlamasının yanlış qərar olduğunu bildirib:
"Nottinqem Forest"dəki uğursuzluğun yeganə məsuliyyəti mənim üzərimdədir. Ora keçmək yanlış addım idi və buna görə günahı özümdə görürəm. Zamanı və ya şəraiti bəhanə etmək yersizdir. Sadəcə ora getməməli idim. "Tottenhem"dən ayrıldıqdan sonra çox az vaxt keçmişdi".
Mütəxəssis həmçinin klubun öyrəşdiyi idarəçilik tərzi ilə öz iş prinsipinin üst-üstə düşmədiyini də qeyd edib:
“Mən hər şeyi fərqli edirəm, onlar isə öz qaydalarına öyrəşmişdilər. Bunu nəzərə almalı idim. Bu mənim səhvimdir”.
Mütəxəssis 20 illik məşqçilik karyerasında ilk dəfə özünü bu dərəcədə "istiqamətini itirmiş" hiss etdiyini bildirib. O, həmçinin mövsümün ortasında komandaya rəhbərlik etməyin onun üçün kifayət qədər çətin olduğunu da vurğulayıb.