MLS təmsilçisi "Kolambus Kryu" klubuna keçən Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin ABŞ-yə gedişi ləngiyə bilər.
Manset.az-ın Azərtac-a istinadən məlumatına görə, bu barədə hücumçunun meneceri Tural Əsgərov məlumat verib.
O, 21 yaşlı futbolçunun hələ viza almadığını bildirib: “Məsələ gələn həftə həll olunmalıdır. Amma ləngiyə də bilər. Səfərin martın əvvəlinə kimi baş tutacağına ümidliyik”.
Qeyd edək ki, Nəriman Axundzadənin "Kolambus Kryu" ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. Ağdam təmsilçisi bu keçiddən 1 milyon avrodan bir az çox qazanıb.