"Araz-Naxçıvan" turnir cədvəlində irəlilədi

16:37 - 21 Fevral 2026

\"Araz-Naxçıvan\" turnir cədvəlində irəlilədi

Misli Premyer Liqasının XXI turunda "Araz-Naxçıvan" səfərdə "Karvan Yevlax"la üz-üzə gəlib.


Manset.az xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan oyun qonaqların 2:0 hesablı qələbəsi ilə bitib.

Naxçıvan kollektivinin heyətində Felipe Santos 32 və 51-ci dəqiqədə fərqlənməklə dubl edib. Braziliyalı futbolçu ikinci qolu penaltidən vurub.

Bununla da komanda Andrey Demçenkonun rəhbərliyi altında ardıcıl ikinci qalibiyyətini əldə edib.

"Araz-Naxçıvan"33 xalla turnir cədvəlinin beşinci sırasına yüksəlib. Sonuncu olan "Karvan-Yevlax" isə 6 xalla on ikinci pillədə yer alıb.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Turan Tovuz" "Zirə"ni (2:0) məğlub edib. "Sumqayıt" - "Qəbələ" oyununda isə qapılara qol vurulmayıb. XXI tura fevralın 22-də yekun vurulacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az