"Mançester Yunayted"in müdafiəçisi Lisandro Martines sıradan çıxıb.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, argentinalı futbolçu baldır əzələsindən zədələnib. Onub böyük ehtimalla təxminən iki həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Futbolçu zədə səbəbindən İngiltərə Premyer Liqasının 27-ci turunda "Everton"la oyunu buraxmalı olacaq.
Qeyd edək ki, argentinalı oyunçu cari mövsümdə "qırmızı şeytanlar"ın heyətində 15 matçda meydana çıxıb.