"Yuventus" 35 yaşlı qapıçı ilə müqaviləni uzatdı

19:50 - 26 Fevral 2026

\"Yuventus\" 35 yaşlı qapıçı ilə müqaviləni uzatdı

"Yuventus" klubu qapıçısı Karlo Pinsolyo ilə müqavilənin müddətini uzadıb.


Manset.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı qolkiperlə imzalanan yeni müqavilə 2027-ci ilin yayına qədər qüvvədə olacaq.

"Qoca Sinyora"nın yetirməsi sayılan Pinsolyo 2010-cu ildən etibarən əsas komandanın heyətində yer alır. Müxtəlif klublarda icarə əsasında çıxış edən təcrübəli qapıçı Turin təmsilçisinin forması ilə indiyədək cəmi 6 oyunda meydana çıxıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az