UEFA Çempionlar Liqasında "Qalatasaray" ilə qarşılaşacaq "Liverpool"un keçmiş performansı diqqət çəkir.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, iki komanda bu günə qədər 5 dəfə üz-üzə gəlib və bu matçlarda "Liverpool" yalnız 1 dəfə qalib gələ bilib. Bu vəziyyət ingilis komandasının "Qalatasaray" qarşısında çətinlik yaşadığını göstərir.
UEFA Çempionlar Liqasının son 16 turunda "Qalatasaray" ilə qarşılaşacaq "Liverpool"un sarı-qırmızı komanda qarşısındakı keçmiş performansı yenidən müzakirə mövzusu olub. Ortaya çıxan statistikalar ingilis komandasının çətinliklərlə üzləşdiyini göstərir.