Daha əvvəl "Qalatasaray" və "Beşiktaş" komandalarında forma geyinən portuqaliyalı orta sahə oyunçusu Gedson Fernandes ilə bağlı vacib bir yenilik baş verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Gedson İstanbul təmsilçisinin təklifini qəbul edib.
"Beşiktaş" mövsümün əvvəlində mühüm futbolçuları komandaya qatdığı halda, gözlənilməz bir ayrılıq yaşamışdı. Gedson Fernandesin təkidlərinə görə, rəhbərlik, "Spartak Moskva"dan gələn 20.7 milyon avroluq təklifi qəbul etmişdi. Komanda ara transfer dövrünü hərəkətli keçirərək düzgün transferlər həyata keçirmişdi. İdarəetmə artıq yay mövsümü üçün hazırlıqlara başlayıb.