Nəriman ABŞ-yə getdi 

14:10 - 08 Mart 2026

Nəriman ABŞ-yə getdi 

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə tranfer olunduğu "Kolambus Kryu" klubunun düşərgəsinə qatılmaq üçün ABŞ-yə yollanıb.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə 21 yaşlı hücumçu ilə əməkdaşlıq edən futbol agenti Tural Əsgərov məlumat verib.

Forvard bu səhər yola düşüb. Futbolçu Amerika klubu ilə 1 ay əvvəl razılığa gəlsə də, o, iş icazəsinin yubanması səbəbindən komandanın düşərgəsinə qoşula bilmirdi.

N. Axundzadə Bakı vaxtı ilə sabah səhər saatlarında ABŞ-də olacaq.

Xatırladaq ki, Nəriman Axundzadənin "Kolambus Kryu" ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. ABŞ təmsilçisi futbolçu üçün "Qarabağ"a 1 milyon avrodan bir az çox ödəniş edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az