"Şamaxı" "Sumqayıt"ı məğlub etdi

22:38 - 13 Mart 2026

 \"Şamaxı\" \"Sumqayıt\"ı məğlub etdi

Misli Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.


Manset.az xəbər verir ki, günün ikinci matçında "Sumqayıt" "Şamaxı"nı qəbul edib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu 78-ci dəqiqədə Karim Rossi vurub.

Bu nəticədən sonra xallarının sayını 30-a çatdıran "Şamaxı" 8-ci pillədə qərarlaşıb. Meydan sahibləri 32 xalla 6-cıdır.

Günün ilk görüşündə "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı məğlub edib -2:1.

Qeyd edək ki, tura martın 15-də yekun vurulacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az