"Liverpul - Qalatasaray" oyunu ilə bağlı MÜHÜM XƏBƏR

15:52 - 16 Mart 2026

\"Liverpul - Qalatasaray\" oyunu ilə bağlı MÜHÜM XƏBƏR

UEFA Çempionlar Liqasının 16-ci final mərhələsində keçiriləcək "Liverpul - Qalatasaray" oyununun hakimi bəlli olub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, oyunun hakimi polşalı Szymon Marciniak olacaq. Marciniakın köməkçiləri Tomasz Listkiewicz və Adam Kupsik olacaq. Oyunun dördüncü hakimi isə Pawel Raczkowski olacaq.

"Liverpul - Qalatasaray" matçında VAR hakimliyi İtalyan Marco Di Bello, AVAR hakimliyi isə Daniele Chiffi tərəfindən yerinə yetiriləcək.

Qeyd edək ki, "Qalatasaray" UEFA Çempionlar Liqasının 16-cı final mərhələsinin cavab oyununda 18 mart çərşənbə günü saat 00:00-da İngiltərənin Liverpul komandasına qarşı səfərdə oynayacaq.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az