AFFA bu klubları cərimələdi

17:54 - 17 Mart 2026

AFFA bu klubları cərimələdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.


Manset.az AFFA-nın saytına istinadən xəbər verir ki. iclasda Misli Premyer Liqasının 24-cü turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib.

“İmişli” – “Sabah” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə “İmişli” komandası 5000 manat cərimə edilib.

“Qəbələ” – “Neftçi” oyunu “Qəbələ” komandasının meydançaya gec çıxması səbəbindən gec başladığı üçün klub 3000 manat cərimə edilib.

“Neftçi” komandasının azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 6-cı dəfə təkrarlandığına görə “Neftçi” 8000 manat cərimə edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az