Viktor Osimhenin qolu sındı

09:51 - 19 Mart 2026

Viktor Osimhenin qolu sındı

Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Viktor Osimhenin qolu sınıb.


Manset.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb.

27 yaşlı hücumçu İngiltərədə "Liverpul"a 0:4 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda zədələnib.

Nigeriyalı forvardın qoluna gips qoyulub. Əməliyyatla bağlı qərar yaxın günlərdə veriləcək.

Bundan əlavə, "sarı-qırmızılar"ın digər oyunçusu Noa Lanqın sağ barmağında ciddi kəsik aşkarlanıb. O, Liverpul şəhərində əməliyyat olunmalıdır.

Xatırladaq ki, V.Osimhen birinci hissənin sonunda, N.Lanq isə 80-ci dəqiqədə əvəzlənib. Türkiyədə "Liverpul"a 1:0 hesabı ilə qalib gələn "Qalatasaray" iki oyunun nəticəsinə əsasən UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az