"Real Madrid" derbidə qalib gəldi 

09:32 - 23 Mart 2026

\"Real Madrid\" derbidə qalib gəldi 

İspaniya La Liqasının 29-cu turunda "Real Madrid" futbol klubu "Atletiko Madrid"i 3-2 hesabı ilə məğlub edib.


Manset.az Trend-ə istinadən bildirir ki, görüş "Santayaqo Bernabeu" stadionunda keçirilib.

Qalib komandanın heyətində qolları Vinisius (52-ci və 72-ci dəqiqələr) və Federiko Valverde (55) vurublar. "Atletiko Madrid"in heyətində Ademola Lookman (33) və Nahuel Molina (66) fərqləniblər.

"Real Madrid"in 69 xal toplayıb və turnir cədvəlində ikinci yerdədir. Komanda "Barselona"dan dörd xal geridədir. "Atletiko" liqada dörd oyunluq qələbə seriyasına son qoyub. Klub 57 xalla dördüncü yerdədir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az