"Atletiko" baş məşqçi Dieqo Simeone ilə müqaviləsinin uzadılması ilə bağlı danışıqlar aparıb.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, Simeone və "Atletiko" rəhbərliyi cari mövsümün sonunda yeni 1 illik müqavilə imzalamağa hazır olduqlarını təsdiqləyiblər.
Daha əvvəl "İnter"in mütəxəssislə maraqlandığı bildirilirdi. Bu, qış transfer pəncərəsindən sonra Simeone ilə "Atletiko"nun idman direktoru Mateu Alemanyi arasında münasibətlərin pisləşməsi fonunda baş vermişdi.
Simeone 2011-ci ilin dekabr ayından bəri Madrid klubunun sükanı arxasındadır. Onun rəhbərliyi altında komanda 2 dəfə İspaniya çempionu olub və Avropa Liqasını qazanıb.