Qolu qırılan Osimhen "Fənərbağça" ilə derbidə meydana çıxacaq?

11:02 - 30 Mart 2026

Qolu qırılan Osimhen \"Fənərbağça\" ilə derbidə meydana çıxacaq?

"Qalatasaray"ın ulduz hücumçusu Viktor Osimhendən diqqət çəkən bir açıqlama gəldi. Qolu qırıldığı üçün əməliyyat olunan Osimhenin derbi qərarı gündəmi zəbt edib. 



Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Viktor Osimhen qolu qırıldığı üçün 4-6 həftə müddətində yaşıl meydanlardan uzaq qalacaq. Lakin ulduz futbolçu 26 aprel tarixində keçiriləcək "Fənərbağça" derbisi üçün qərarını verib. Osimhen "Fənərbağça" derbisi ilə bağlı "Nə olursa olsun, meydanda olacağam" - deyib.


Müalicə müddəti ərzində ulduz futbolçunun "Trabzonspor", "Göztepe", "Kocaelispor" və "Gençlerbirliyi" ilə keçirilməsi planlaşdırılan oyunlarda iştirak etməsi gözlənilmir.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az