Yamal Metropolitano stadionundan narazı ayrılıb. “FC Barcelona” səfərdə “Atletico Madrid”i 2-1 məğlub edib və çempionluq yolunda üstünlük qazanıb.
Manset.az xəbər verir ki, gənc oyunçu Robert Lewandowskinin qolunu qeyd etməyib, baş məşqçi Hansi Flick ilə mübahisə yaşayıb.
Məlumata görə, Yamal oyunda bəzi epizodlara əsəbiləşib və qol vura bilməyəndə tez gərginləşib.
Buna baxmayaraq, komanda daxilində problem böyüməyib və qısa müddətdə aradan qalxıb.