UEFA Çempionlar Liqasında bu gün yarımfinalın digər iki iştirakçısı müəyyənləşəcək.
Manset.az xəbər verir ki, buna 1/4 final mərhələsinin növbəti cavab qarşılşamalarından sonra aydınlıq gələcək.
"Arsenal" İngiltərədə "Sportinq" komandası ilə üz-üzə gələcək. "Real" isə Almaniyada "Bavariya"nın qonağı olacaq.
UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları
15 aprel
23:00. "Arsenal" (İngiltərə) - "Sportinq" (Portuqaliya)
İlk oyun - 1:0
23:00. "Bavariya" (Almaniya) - "Real" (İspaniya)
İlk oyun - 1:2
Qeyd edək ki, artıq "Atletiko" (Madrid) və PSJ (Fransa) komandaları yarımfinala vəsiqəni təmin ediblər.