Sezonun əvvəlində "Fənərbağça"dan ayrılaraq "Benfika"nın başına keçən məşhur futbol məşqçisi Coze Maurinyonun gələn mövsüm Premyer Liqaya geri dönərək "Newcastle United"in başına keçəcəyi iddia edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, "Fənərbağça" ilə olan macərasından sonra təcrübəli məşqçinin karyerasına harada davam edəcəyi maraqlı mövzu idi, lakin diqqətçəkən bir iddia ortaya çıxıb.
"Fənərbağça" macərasından sonra mövsümün əvvəlində Portuqaliyanın nəhəng klubu "Benfika"nın başına keçən Maurinyo şampiyonluq mübarizəsindən uzaq qalıb. Portuqaliya Premyer Liqasında lider Portonun 7 xal gerisində qalan və şampiyonluq yarışında çətinlik yaşayan "Benfika"da Maurinyonun gələcəyi müzakirə edilməyə başlanıb. 29 həftə sonunda toplanan 69 xal və üçüncü yer təcrübəli məşqçinin Portuqaliyadakı vəzifəsini təhdid altına alıb.