"Karvan-Yevlax" ardıcıl 2-ci qələbəsini qazandı

17:43 - 18 Aprel 2026

\"Karvan-Yevlax\" ardıcıl 2-ci qələbəsini qazandı

"Karvan-Yevlax" Misli Premyer Liqasında ardıcıl ikinci qələbəsini qazanıb.


Manset.az Report-a istinadən xəbər verir ki, bölgə təmsilçisi XXVIII turda "Şamaxı"nı qəbul edib.

Ötən tur "Kəpəz"ə qalib gələn (4:1) meydan sahibləri bu dəfə rəqibini minimal hesabla üstələyib - 1:0.

Qələbə sayəsində xallarının sayını 14-ə çatdıran "Karvan-Yevlax" sonuncu - 12-ci pillədə qərarlaşıb. "Şamaxı" 32 xalla 7-ci sıradadır.

Xatırladaq ki, tura aprelin 19-da yekun vurulacaq. Ötən gün "Turan Tovuz" "Araz-Naxçıvan"ı üç cavabsız qolla üstələyib. "Zirə" - "Neftçi" matçında qalib müəyyənləşməyib - 1:1.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az