"Barselona"dan 70 milyonluq təklif

00:30 - 28 May 2026

\"Barselona\"dan 70 milyonluq təklif

"Barselona" klubu dünya çempionatından öncə səs-küylü transferi reallaşdırmağa hazırlaşır. Kataloniya təmsilçisinin əsas hədəfi İngiltərənin "Nyukasl" klubunun hücumçusu Entoni Qordondur.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, "Barselona" artıq Qordon üçün "Nyukasl"a 70 milyon avro dəyərində rəsmi təklif göndərib.

Qeyd olunur ki, 25 yaşlı Entoni Qordonun nümayəndələrinin "Barselona" rəsmiləri ilə apardıqları danışıqları müsbət nəticələnib.

Xatırladaq ki, 2025/2026-cı illər mövsümündə Entoni Qordon "Nyukasl"ın heyətində ümumilikdə 46 matçda meydana çıxıb, 17 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az