Çempionlar Liqasının finalının keçiriləcəyi Budapeştdə bu mövsüm qrup mərhələsində iştirak edən bütün komandaların formaları şəhərin müxtəlif nöqtələrində nümayiş etdirilir.
Manset.az "Qafqazinfo"ya istinadənxəbər verir ki, diqqətçəkən məqam isə Azərbaycan təmsilçisi "Qarabağ"dan seçilən Nəriman Axundzadənin forması olub.
Məhz Nərimanın formasının sərgilənməsi maraqla qarşılanıb və müzakirələrə səbəb olub.
Qeyd edək ki, Nəriman Axundzadə indi karyerasını ABŞ-nin "Kolumbus-Kru" klubunda davam etdirir.