"Qarabağ"ın sabiq futbolçusu Caba Dvali 41 yaşında vəfat edib.
Manset.az Milli.az-a istinadən xəbər verir ki, keçmiş hücumçu ürəktutmasından dünyasını dəyişib.
Qeyd edək ki, o, karyerası ərzində Gürcüstanın "Dinamo" (Tiflis) və "Zestafoni" klublarının da formasını geyinib. Caba Dvali 2014-cü ildə Ağdam təmsilçisinin şərəfini qoruyub və cəmi 5 görüşdə meydana çıxıb. O, Gürcüstan milli komandasının heyətində isə bir oyun keçirib.