Futbol üzrə dünya çempionatında Kanada Bosniya və Herseqovina yığması ilə qarşılaşıb.
Manset.az xəbər verir ki, Toronto stadionunda keçirilən B qrupunun matçı 1:1 hesabı ilə yekunlaşıb.
Hesabı avropalılardan 21-ci dəqiqədə Yovo Lukiç açıb. Ev sahibləri məğlubiyyətdən 78-ci dəqiqədə qaça biliblər. Kayl Larin son nəticəni müəyyənləşdirib.
Qeyd edək ki, bu qrupun digər oyunu saat 23:00-da Qətər və İsveçrə yığmaları arasında keçiriləcək.
***
00:46
Futbol üzrə dünya çempionatının Kanada - Bosniya və Herseqovina oyununda ikinci qol vurulub.
Manset.az xəbər verir ki, Toronto stadionunda keçirilən B qrupunun matçında ev sahibləri hesabı bərabərləşdiriblər - 1:1.
78-ci dəqiqədə Kayl Larin fərqlənib.
***
00:11
Futbol üzrə dünya çempionatının Kanada - Bosniya və Herseqovina oyununda ikinci hissə başlayıb.
Manset.az xəbər verir ki, Toronto stadionunda keçirilən B qrupunun matçında avropalılar 1:0 hesabı ilə öndədirlər.
21-ci dəqiqədə Yovo Lukiç fərqlənib.
***
12 iyun, 23:56
Futbol üzrə dünya çempionatının Kanada - Bosniya və Herseqovina oyununda ilk hissə yekunlaşıb.
Manset.az xəbər verir ki, Toronto stadionunda keçirilən B qrupunun matçında avropalılar fasiləyə 1:0 hesabı ilə üstün yollanıblar.
21-ci dəqiqədə Yovo Lukiç fərqlənib.
Qarşılaşmanı argentinalı FIFA referisi Fakundo Telyo idarə edir.
***
23:29
Futbol üzrə dünya çempionatının Kanada - Bosniya və Herseqovina oyununda hesab açılıb.
Manset.az xəbər verir ki, Toronto stadionunda keçirilən B qrupunun matçında avropalılar hesabda irəli çıxıblar.
21-ci dəqiqədə Yovo Lukiç fərqlənib.
***
23:00
Futbol üzrə dünya çempionatının Kanada - Bosniya və Herseqovina oyunu start götürüb.
Manset.az xəbər verir ki, B qrupunun matçı Toronto stadionunda keçirilir.
Qarşılaşmanı argentinalı FIFA referisi Fakundo Telyo idarə edir.