Futbol üzrə dünya çempionatında İsveç Tunisi məğlub edib.
Manset.az xəbər verir ki, Monterrey stadionunda keçirilirən F qrupunun matçında avropalılar 5:1 hesablı qələbəyə sevinib.
İsveçin qollarını Yasin Ayyari (7, 90+6), Aleksandr İsak (30), Viktor Dyökereş (59) və Mattias Svanberq vurublar. Tunisin yeganə qolu Omar Rekikin (43) aktivinə yazılıb.
Qeyd edək ki, bu qrupun Niderland - Yaponiya oyunu 2:2 hesabı ilə yekunlaşıb.