Futbol üzrə dünya çempionatında Norveç Braziliyanı məğlub edib.
Manset.az-ın məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən 1/8 final mərhələsinin matçında avropalılar 2:1 hesablı qələbəyə seviniblər.
Norveçin heyətində Erlinq Holann (79, 90) dubl edib. "Sambaçılar"ın təsəlli qoluna isə 90+10-cu dəqiqədə penaltidən Neymar imza atıb.
Bu qələbə ilə 1/4 finala yüksələn Norveçin rəqibi Meksika - İngiltərə cütünün qalibi olacaq.
***
Futbol üzrə dünya çempionatının Braziliya - Norveç oyunu başlayıb.
Manset.az xəbər verir ki, 1/8 final mərhələsinin matçı Nyu-York/Nyu-Cersi stadionunda keçirilir.
Qarşılaşmanı ABŞ-li FIFA referisi İsmail Elfat idarə edir.