Yeni mövsüm öncəsi heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirən "Beşiktaş" hücumçu axtarışındadır.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin gündəmində olan Duşan Vlahoviçin transferi ilə bağlı yeni detallar məlum olub.
Dünyaca məşhur transfer insayderi Fabrizio Romanonun yaydığı məlumata görə, "Beşiktaş" serbiyalı hücumçunun transferi üçün danışıqları davam etdirir.
Mənbənin bildirdiyinə əsasən, İstanbul klubu Vlahoviçə illik 8 milyon avro maaş nəzərdə tutan müqavilə təklif edib.
Bununla belə, serbiyalı futbolçu hələ yekun qərarını verməyib. Məlumata görə, Vlahoviç ilk növbədə digər klublardan gələcək təklifləri dəyərləndirmək niyyətindədir.