logo
logo logo
logo

Aziz Yıldırımdan Acun İlıcalı ilə bağlı QƏRAR 

12:37 - 17 İyul 2026

Aziz Yıldırımdan Acun İlıcalı ilə bağlı QƏRAR 

"Fənərbağça"nın prezidenti vəzifəsinə yenidən seçilən Aziz Yıldırım fəaliyyətə başlayan kimi klubda bir sıra mühüm qərarlar qəbul edib.


Manset.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Yıldırım "Çobani" stadionundakı lojaların qiymətləndirilməsi ilə bağlı araşdırma başladıb. Yoxlamalar zamanı bir sıra lojaların bazar qiymətindən aşağı məbləğə verildiyi müəyyən edilib və tanınmış iş adamlarından yaranmış qiymət fərqinin ödənilməsi tələb olunub.

Araşdırma çərçivəsində televiziya aparıcısı və iş adamı Acun İlıcalının meydanın mərkəzi hissəsində yerləşən xüsusi lojası da ləğv edilib.

Klub rəhbərliyi bildirib ki, həmin loja bundan sonra kim prezident seçilməsindən asılı olmayaraq "Fənərbağça Prezident Lojası" kimi istifadə olunacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az