logo
logo logo
logo

FİFA “Səbail”ə transfer qadağası qoydu

17:15 - 17 İyul 2026

FİFA “Səbail”ə transfer qadağası qoydu

Azərbaycanın I Liqa təmsilçisi “Səbail” klubuna transfer qadağası qoyulub.



Manset.az İdmanxeber.az-a istinadən xəbər verir ki, buna səbəb “dənizçilər”in futbolçusu Mustafa Yakubuya qarşı maliyyə öhdəliyini yerinə yetirə bilməməsidir.

Problemi həll edilməyən oyunçu FİFA-ya müraciət edib. Ali futbol qurumu Yakubunun şikayətini araşdırdıqdan sonra onu haqlı sayıb və “Səbail”ə transfer cəzası verib. “Dənizçilər” bu müddətdə bir neçə yeni futbolçunun keçidini açıqlasa da, cəza səbəbindən onları qeydiyyatdan keçirə bilmir.

Yeni rəhbərliklə növbəti mövsüm iddialı olması gözlənən klub Mustafa Yakubuya qarşı öhdəliyini yerinə yetirə bilməsə, çətin vəziyyətdə qalacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az