logo
logo logo
logo

"Ayaks" braziliyalı hücumçu transfer etdi

00:30 - 18 İyul 2026

\"Ayaks\" braziliyalı hücumçu transfer etdi

Niderlandın "Ayaks" klubu braziliyalı hücumçu Markos Leonardonun transferini rəsmən açıqlayıb.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, Amsterdam təmsilçisi 23 yaşlı futbolçunu Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan heyətinə qatıb.

Tərəflər arasında 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. Transferin dəyərinin 20 milyon avroya yaxın olduğu bildirilir. 

Qeyd edək ki, hücumçu Səudiyyə Ərəbistanı klubunun heyətində keçirdiyi 82 rəsmi oyunda 48 qol vurub. O, həmçinin Braziliya millisinin formasını da geyinib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az