logo
logo logo
logo

İspaniya DÇ-2026-nın qalibi oldu  - YENİLƏNDİ

02:03 - 20 İyul 2026

İspaniya DÇ-2026-nın qalibi oldu  - YENİLƏNDİ

Futbol üzrə dünya çempionatının finalında İspaniya millisi tarix yazıb.


Manset.az xəbər verir ki, həlledici görüşdə İspaniya yığması Argentina millisindən üstün olaraq dünya çempionu adını qazanıb.

ABŞ-nin Nyu-Cersi ştatının İst-Ruterford şəhərində yerləşən "MetLife" stadionunda keçirilən qarşılaşmanın əsas vaxtı qolsuz heç-heçə başa çatıb.

Əlavə vaxtda İspaniya millisinin futbolçusu Ferran Torres 116-cı dəqiqədə fərqlənərək komandasını önə keçirib.

Bu qol İspaniyaya dünya çempionluğu sevincini yaşadıb. Argentina isə turniri ikinci pillədə başa vurub.


01:46


Futbol üzrə dünya çempionatının İspaniya – Argentina oyununda hesab açılıb.


Manset.az xəbər verir ki, çempion uğrunda matçda İspaniya ilk qola sevinib.

105-ci dəqiqədə Fernan Torres qapını dəqiq nişan alıb.


01:23


Futbol üzrə dünya çempionatının İspaniya - Argentina oyununda əlavə vaxt başlayıb.


Manset.az xəbər verir ki, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən final matçında qapılara qol vurulmayıb - 0:0.

Qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılır. Əgər burada da qələbə qazanan tərəf olmasa penaltilər seriyasına ehtiyac duyulacaq.

Argentina seçməsi qarşılaşmanı 10 nəfərlə davam etdirir. Enzo Fernandes 90+3-cü dəqiqədə ikinci sarı vərəqənin ardından qırmızı vərəqə ilə cəzalanıb.


00:23


Futbol üzrə dünya çempionatının final oyununda İspaniya və Argentina milliləri arasında keçirilən qarşılaşmanın ikinci hissəsi başlayıb.


Manset.az xəbər verir ki, ABŞ-nin Nyu-Cersi ştatındakı "MetLife" stadionunda keçirilən görüşün ilk hissəsi qolsuz bərabərliklə yekunlaşıb.


23:59


Futbol üzrə dünya çempionatının İspaniya - Argentina oyununda ilk hissə bitib.


Manset.az xəbər verir ki, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən final matçında qapıları qol vurulmayıb.

Qarşılaşmanı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edir.


23:04


Futbol üzrə 2026-cı il dünya çempionatının final oyunu start götürüb.


Manset.az xəbər verir ki, ABŞ-nin Nyu-Cersi ştatının İst-Raterford şəhərində yerləşən "MetLife" stadionunda keçirilən həlledici qarşılaşmada İspaniya və Argentina milliləri dünya çempionu adı uğrunda mübarizə aparırlar.

80 633 azarkeş tutumuna malik arenada keçirilən oyunu minlərlə futbolsevərlə yanaşı, ABŞ Prezidenti Donald Tramp və FIFA prezidenti Canni İnfantino da tribunadan izləyirlər.

Qeyd edək ki, İspaniya tarixində ikinci, Argentina isə dördüncü dünya çempionluğu uğrunda mübarizə aparır. Final qarşılaşmasının qalibi 2026-cı il dünya çempionu olacaq.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az