logo
logo logo
logo

"Barselona" ilə matçın bilet satışı dayandırıldı

00:30 - 11 Avqust 2026

\"Barselona\" ilə matçın bilet satışı dayandırıldı

"Bazel" "Barselona" ilə yoldaşlıq oyununa biletlərin satışını müvəqqəti dayandırıb.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə "Barca Universal" məlumat yayıb.

Avqustun 16-da "Sent-Yakob Park"da keçiriləcək qarşılaşmaya böyük tələbat yaranıb. 38 mindən çox tamaşaçı tutumuna malik stadionda keçiriləcək matça bilet satışı zamanı sayta yüz milyonlarla sorğu daxil olub və sistem yüklənməyə tab gətirməyib.

"Bazel" günün ikinci yarısında sistemi bərpa etməyə çalışsa da, problem aradan qaldırılmayıb. Bilet satışının çərşənbə axşamı bərpa olunacağı gözlənilir.

Qeyd edək ki, "Barselona"nın "Bazel"lə oyunu avqustun 15-də Mərakeşdə keçirilməsi planlaşdırılan "Tancər" matçının ləğvindən sonra təşkil olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az