“Beşiktaş” serbiyalı hücumçu Duşan Vlahoviçin transferində son mərhələyə keçib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin futbolçu ilə 3 illik müqavilə imzalayacağı bildirilir.
“Beşiktaş”ın baş məşqçisi Vinçenso İtaliano hücumçu transferində əsas namizəd kimi Duşan Vlahoviçin seçilməsini istəyib. Yay transfer dövrü ərzində “Fiorentina”da çalışdığı vaxtdan tanıdığı Vlahoviçlə əlaqə saxlayan İtaliano serbiyalı hücumçunun razı salınmasında mühüm rol oynayıb.