logo
logo logo
logo

"Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi

20:08 - 06 Sentyabr 2026

\"Turan Tovuz\" \"Sumqayıt\"ı məğlub etdi

Misli Premyer Liqasında IV turun daha bir oyunu keçirilib.


Manset.az xəbər verir ki, Turan Tovuz öz meydanında Sumqayıt komandasını qəbul edib.

Tovuz şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Qərb təmsilçisinin heyətində 20-ci dəqiqədə Jo Batista, 60-cı dəqiqədə Jorje Silva fərqləniblər. Qonaqların qolunu 9-cu dəqiqədə Ronaldo Vaskes vurub.

Bu turdan sonra xallarının sayını 7-yə çatdıran "Turan Tovuz" 4-cü pilləyə yüksəlib. "Kimyaçılar" sıfır xalla sonuncu - 12-ci sırada qalıblar.

Qeyd edək ki, günün ikinci görüşündə "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gələcək.

Xatırladaq ki, turun əvvəlki matçlarında "Qəbələ" "İmişli"ni (2:1), "Şamaxı" "Kəpəz"i (4:1), "Sabah" "Zirə"ni (5:0), "Neftçi" "Şəfa"nı (4:1) məğlub edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az