logo
logo logo
logo

39 yaşında karyerasını başa vurdu

19:58 - 07 Oktyabr 2026

39 yaşında karyerasını başa vurdu

İspaniyalı hücumçu Pedro Rodriges 39 yaşında peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.


Manset.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “Match TV” məlumat yayıb.

Futbolçunun son klubu yayda ayrıldığı “Latsio” olub. Komandada keçirdiyi beş il ərzində Pedro 209 oyunda meydana çıxıb, 39 qol vurub və 19 məhsuldar ötürmə edib.

Karyerası ərzində futbolçu klub səviyyəsində 794 oyun keçirib, 197 qol vurub və 113 məhsuldar ötürmə edib.

O, üç Çempionlar Liqası titulu da daxil olmaqla, ümumilikdə 25 kubok qazanıb.

“Barselona”nın gənclər akademiyasının yetirməsi olan Pedro həmçinin “Çelsi” və “Roma” klublarında da çıxış edib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az