Misli Premyer Liqasında VII turun oyunlarına start veriləcək. Tur çərçivəsində "Araz-Naxçıvan" – "Kəpəz" və "Neftçi" – "Sabah" qarşılaşmaları baş tutacaq.
Manset.az xəbər verir ki, turun ilk matçında "Araz-Naxçıvan" Şamaxı şəhər stadionunda "Kəpəz"lə qarşılaşacaq. Oktyabrın 9-da keçiriləcək görüş saat 16:00-da başlayacaq.
Günün ikinci oyununda isə "Neftçi" "Sabah"ı qəbul edəcək. "Palms Sports Arena"da təşkil olunacaq matçın start fiti saat 19:30-da səslənəcək.
Misli Premyer Liqası, VII tur
9 oktyabr
16:00 – "Araz-Naxçıvan" – "Kəpəz"
19:30 – "Neftçi" – "Sabah"