logo
logo logo
logo

“Sabah” Bakıda ilk ÇL matçına çıxır

08:59 - 13 Oktyabr 2026

“Sabah” Bakıda ilk ÇL matçına çıxır

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start veriləcək.


Manset.az xəbər verir ki, “Sabah” turnirdə ilk ev oyununa çıxacaq.

Azərbaycan çempionu Praqa “Slaviya”sını qəbul edəcək.

Bakı Olimpiya Stadionunda keçiriləcək matçı avstriyalı hakimlər idarə edəcəklər.

Qeyd edək ki, ilk turda “Sabah” səfərdə “Mançester Yunayted”ə (0:4), “Slaviya” isə öz meydanında “Lans”a (2:3) uduzub.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, II tur

13 oktyabr

20:45. “Sabah” (Azərbaycan) - “Slaviya” (Çexiya)

Hakimlər: Sebastian Qishamer, Roland Ridel, Santino Şrayner, Valter Altmann, Alan Kiyas (VAR), Josef Spurni (AVAR)

Bakı Olimpiya Stadionu.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az