logo
logo logo
logo

"Sabah"ın "Slaviya Praqa"ya qarşı oyunu hansı kanalda yayımlanacaq?  

16:40 - 13 Oktyabr 2026

\"Sabah\"ın \"Slaviya Praqa\"ya qarşı oyunu hansı kanalda yayımlanacaq?  

Bu axşam UEFA Çempionlar Liqasının Liqa mərhələsində ikinci turun ilk oyunları keçiriləcək.


Manset.az xəbər verir ki, gecənin əsas qarşılaşmalarından birində təmsilçimiz "Sabah" klubu Bakıda Çexiyanın "Slaviya Praqa" klubunu qəbul edəcək.

Azərbaycanda azarkeşlər "Sabah" - "Slaviya Praqa" oyununu Bakı vaxtı ilə saat 20:45-dən etibarən İctimai TV-də izləyə biləcəklər.

Gecənin digər maraqlı qarşılaşmalarında "Qalatasaray" İstanbulda İspaniyanın "Barselona" klubu ilə, "Atletiko Madrid" isə İspaniyada İngiltərənin "Mançester Yunayted" klubu ilə qarşılaşacaq.

Azarkeşlər "Qalatasaray" - "Barselona" oyununu Bakı vaxtı ilə saat 23:00-da "CBC Sport" TV-də , "Atletiko Madrid" - "Mançester Yunayted" qarşılaşmasını isə saat 23:00-da İctimai TV-də izləyə biləcəklər.

UEFA Çempionlar Liqası

II tur

13 oktyabr

20:45, "Sabah" - "Slaviya Praqa" (İctimai TV);

23:00, "Qalatasaray" - "Barselona" ("CBC Sport" TV);

23:00, "Atletiko Madrid " - "Mançester Yunayted" (İctimai TV).


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az