Bu axşam UEFA Çempionlar Liqasının Liqa mərhələsində ikinci turun ilk oyunları keçiriləcək.
Manset.az xəbər verir ki, gecənin əsas qarşılaşmalarından birində təmsilçimiz "Sabah" klubu Bakıda Çexiyanın "Slaviya Praqa" klubunu qəbul edəcək.
Azərbaycanda azarkeşlər "Sabah" - "Slaviya Praqa" oyununu Bakı vaxtı ilə saat 20:45-dən etibarən İctimai TV-də izləyə biləcəklər.
Gecənin digər maraqlı qarşılaşmalarında "Qalatasaray" İstanbulda İspaniyanın "Barselona" klubu ilə, "Atletiko Madrid" isə İspaniyada İngiltərənin "Mançester Yunayted" klubu ilə qarşılaşacaq.
Azarkeşlər "Qalatasaray" - "Barselona" oyununu Bakı vaxtı ilə saat 23:00-da "CBC Sport" TV-də , "Atletiko Madrid" - "Mançester Yunayted" qarşılaşmasını isə saat 23:00-da İctimai TV-də izləyə biləcəklər.
UEFA Çempionlar Liqası
II tur
13 oktyabr
20:45, "Sabah" - "Slaviya Praqa" (İctimai TV);
23:00, "Qalatasaray" - "Barselona" ("CBC Sport" TV);
23:00, "Atletiko Madrid " - "Mançester Yunayted" (İctimai TV).