logo
logo logo
logo

Futbolçunun evi matç zamanı qarət olundu

21:35 - 15 Oktyabr 2026

Futbolçunun evi matç zamanı qarət olundu

İspaniyanın "Betis" klubunun futbolçusu Antoninin evi oktyabrın 14-də qarət olunub.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə braziliyalı hücumçunun UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda "Portu" (Portuqaliya) ilə matçda (3:2) iştirak etdiyi vaxt baş verib.

Oyunçu hadisə ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. O, maddi ziyandan daha çox ailəsinin təhlükəsizliyinin pozulmasından narahat olduğunu bildirib.

"Evimizə daxil olublar. Məni ən çox incidən və qəzəbləndirən maddi zərər deyil, özümüzü təhlükəsiz hiss etməli olduğumuz yerdə yaranan güvənsizlik hissidir. Ailəmə baxanda və yaxınlarımın gözlərində qorxu görəndə bu, dözülməz olur", – deyə Antoni qeyd edib.

Qeyd edək ki, Antoni 2025-ci ildə "Mançester Yunayted"dən "Betis"ə keçib. O, 2026/2027 mövsümündə 10 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az