Millimizin hücumçusu Almaniyada qalmaqal yaratdı - Foto

17:23 - 10 May 2022

Millimizin hücumçusu Almaniyada qalmaqal yaratdı - Foto

Almaniyanın “Erzebirqe” klubunda çıxış edən Azərbaycan yığmasının hücumçusu Dmitri Nazarov qalmaqala səbəb olub.

 

Manset.az xəbər verir ki, o, Bundesliqa 2-nin “Verder”lə oyununda əvəzlənməsinə sərt etiraz edib.

Nazarov 0:3 hesabı ilə uduzduqları oyunun 73-cü dəqiqəsində meydandan çıxarılıb və o, buna söyüş söyərək reaskiya verib. Daha sonra yarımmüdafiəçi baş məşqçiyə qışqırıb, ehtiyat oyunçular skamyasının yanındakı su qutularını təpikləyib.

Daha sonra futbolçu açıqlama verərək hər şeyin qaydasında olduğunu deyib: “Baş məşqçi mənə vəziyyəti izah etdi və artıq hər şey yolundadır. Açığı, komanda yoldaşlarıma kömək olmayacağım üçün əsəbiləşdim”.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az