Renat Dadaşov İsveçrədə qol vurdu - VİDEO

22:38 - 31 İyul 2022

Renat Dadaşov İsveçrədə qol vurdu - VİDEO

İsveçrə Superliqasında 3-cü turun oyunları keçirilir.

 

Manset.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun çıxış etdiyi  “Qrasshopper” səfərdə lider “Yanq Boys”la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

46-cı dəqiqədə meydana daxil olan Dadaşov cəmi 3 dəqiqə sonra komandasının bərabərlik qolunu vuraraq “Qrasshopper”i məğlubiyyətdən xilas edib. 90+4-cü dəqiqədə isə Dadaşov sarı vərəqə ilə cəzlandırılıb.

Qeyd edək ki, 1 oyun az keçirən “Qrasshopper” 4 xalla 4-cü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az