Türkiyənin Bursa şəhərində bir qadın 5 yaşlı oğlunu üzmək bəhanəsi ilə dənizə ataraq öldürüb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, təhlükəsizlik kamerasının görüntülərində 30 yaşlı Sevda Güçlünün oğlunu əlindən tutaraq çimərliyə apardığı qısa müddət sonra isə islanmış və ayaqyalın tək başına qayıtdığı görünür.
Ana ifadəsində "Muhammet ölmək istəyirdi. Onu əlimlə itələdim. Sonra ona çata bilmədim" - deyib.
Hadisə dünən saat 16:00 radələrində baş verib. İddiaya görə, Güçlü oğlunu dənizə atdıqdan sonra özü də suya atlanıb, amma ölməyib.