UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Qarabağa rəqib olan Macarıstanın "Ferentsvaroş" klubunun futbolçusu Henri Uinqo zədələnib.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Stanislav Çerçesov açıqlama verib.
Rusiyalı mütəxəssis bildirib ki, 27 yaşlı Henri Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri matçda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək "Qarabağ" - "Ferentsvaroş" görüşü saat 20:00-da başlayacaq.