“Bəlkə də son 30 dəqiqədə komandada arxayınlıq oldu” - Qara Qarayev

13:40 - 24 Avqust 2022

“Bəlkə də son 30 dəqiqədə komandada arxayınlıq oldu” - Qara Qarayev

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Çexiyada “Viktoriya”ya (Plzen) qarşı keçirdikləri cavab oyununu şərh edib.

 

Manset.az futbolinfo.az-a istinadən xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları matçla bağlı bunları söyləyib:

“Bəlkə də son 30 dəqiqədə komandada arxayınlıq oldu. Qələbə qazanacağımızı düşünürdük. Bunu düşünməyə də əsas var idi. Çünki rəqibin oyuna hansısa təhlükəli müdaxiləsi yox idi.
Futbolda belə məğlubiyyətlər olur. Bəzən gözləmədiyin anda, gözləmədiyin dəqiqədə qapında qol görür və ya qol vurursan. Oyunun marağı da elə bundadır. Dünyada, Azərbaycanda və bütün arenalarda futbolun sevilməsinin ən böyük səbəblərindən biri də budur”.

Qarayev Çexiyada məğlub olsalar da, hədəflərindən uzaqlaşmadıqlarını söyləyib: “Qarabağ” və ölkəmiz adına ən yaxşısını etməyə çalışacağıq”.

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az