Cüdoçumuz dünya çempionatında gümüş medal QAZANDI

22:04 - 24 Avqust 2022

Cüdoçumuz dünya çempionatında gümüş medal QAZANDI

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında dünya çempionatı davam edir.

Manset.az xəbər verir ki, Azərbaycan komandasının üzvü Şahin Oruczadə (55 kq) uğurla çıxış edərək finala yüksəlib.

Qızıl medal uğrunda fransalı idmançı Dicol Zaçariyeyə məğlub olan cüdoçumuz yarışı gümüş medalla başa vurub.

Digər cüdoçumuz Məhəmməd Məmişov (50 kq) turniri 5-ci yerdə tamamlayıb.

Qeyd edək ki, cüdoçularımız avqustun 24-27-də fərdi, 28-də isə komanda yarışında iştirak edəcəklər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az