"Qarabağ"ın bütün potensial rəqibləri müəyyənləşdi - SİYAHI

08:40 - 26 Avqust 2022

\"Qarabağ\"ın bütün potensial rəqibləri müəyyənləşdi - SİYAHI

UEFA Avropa Liqasında qrup mərhələsinin bütün iştirakçıları bəlli olub.

 

Manset.az-ın məlumatna görə, pley-off mərhələsinin cavab matçlarından sonra qrupda mübarizə aparacaq 32 komanda müəyyənləşib.

Bununla da Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ"ın bütün potensial rəqiblərinin adına aydınlıq gəlib.

Püşkatmaya 2-ci səbətdən qoşulacaq Ağdam klubu digər səbətlərdəki komandalardan biri ilə eyni qrupa düşəcək.

1-ci səbət: "Roma", "Latsio" (hər ikisi İtaliya), "Mançester Yunayted", "Arsenal" (hər ikisi İngiltərə), "Braqa" (Portuqaliya), "Srvena Zvezda" (Serbiya), "Dinamo" (Kiyev, Ukrayna), "Olimpiakos" (Yunanıstan)

2-ci səbət: PSV, "Feyenoord" (hər ikisi Niderland), "Renn", "Monako" (hər ikisi Fransa), "Real Sosyedad" (İspaniya), "Qarabağ" (Azərbaycan), "Malmö" (İsveç), "Lüdoqorets" (Bolqarıstan)

3-cü səbət: "Şerif" (Moldova), "Betis" (İspaniya), "Midtüllan" (Danimarka), "Budö Qlimt" (Norveç), "Ferentsvaroş" (Macarıstan), "Yunion" (Berlin), "Frayburq" (hər ikisi Almaniya), "Fənərbağça" (Türkiyə)

4-cü səbət: "Nant" (Fransa), HİK (Finlandiya), "Şturm" (Avstriya), AEK (Larnaka), "Omoniya" (hər ikisi Kipr), "Yunion" (Belçika), "Sürix" (İsveçrə), "Trabzonspor" (Türkiyə)

Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinin püşkü bu gün atlacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az