UEFA Konfrans Liqasının qrup mərhələsində II tura start verilib.
Manset.az report-a istinadən xəbər verir ki, Türkiyənin turnirdəki təmsilçilərindən "Sivasspor" G qrupunda Rumıniyada ÇFR komandası ilə qarşılaşıb. Görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 28-ci dəqiqədə Maks Qradel vurub.
Türkiyənin "Başakşehir" klubu isə A qrupunda İtaliya "Fiorentina"sını qəbul edəcək. Həmin görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
UEFA Konfrans Liqası
Qrup mərhələsi, II tur
15 sentyabr
E qrupu
20:45. "Apollon" (Limassol, Kipr) - "Dnepr-1" (Ukrayna) - 1:3
20:45. "AZ Alkmaar" (Niderland) - "Vaduts" (Lixtenşteyn) - 4:1
Xal durumu: "AZ Alkmaar" - 6, "Dnipro" - 3, "Apollon" - 1, "Vaduts" - 1
F qrupu
20:45. "Yurqorden" (İsveç) - "Molde" (Norveç) - 3:2
20:45. "Gent" (Belçika) - "Şemrok Rovers" (İrlandiya) - 3:0
Xal durumu: "Yurqorden" - 4, "Gent" - 4, "Molde" - 1, "Şemrok Rovers" 1
G qrupu
20:45. ÇFR (Rumıniya) - "Sivasspor" (Türkiyə) - 0:1
20:45. "Slaviya" (Praqa, Çexiya) - "Balkani" (Kosovo) - 3:2
Xal durumu: "Slaviya" - 4, "Sivasspor" - 4, ÇFR - 1, "Balkani" - 1
H qrupu
20:45. "Jalgiris" (Litva) - "Bazel" (İsveçrə) - 0:1
20:45. "Pünik" (Ermənistan) - "Slovan" (Bratislava, Slovakiya) - 2:0
Xal durumu: "Bazel" - 6, "Pünik" - 3, "Jalgiris" - 1, "Slovan" - 1